BDU-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı

30/12/2022

Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə konsert proqramı təqdim olunub.

Konsert proqramında “Qaytağı”, “İgidlər”  rəqsləri, “Popuri”, “Yeni iliniz mübarək olsun”, “Tələsin, insanlar”, “Əzizlərim”, “Yeni il” mahnıları ifa olunub.  Jak Offenbaxın “Kan-kan” əsəri, Zəlimxan Yaqubun  “Azərbaycan oxusun” şeiri səsləndirilib.

Azərbaycan Respublikasının əməkdar artisti Elnarə Abdullayevanın konsertdə iştirakı tədbirə xüsusi rəng qatıb. Sevilən sənətçi “Kim sevməsə öz yurdunu” və “Dilbər” mahnılarını ifa edib.

Proqram Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşları və BDU tələbələrinin ifaları ilə davam edib.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026