BDU-da Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş tədbir

27/01/2024

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 26 yanvar – Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov bildirib ki, ekoloji problemlər öz mahiyyətinə görə mənəvi problemlərdir. Ətraf mühiti qorumaq üçün qlobal miqyasda təbiətə münasibəti dəyişməli, istehlakçı cəmiyyətindən təbiəti mühafizə edən cəmiyyətə keçməliyik. Bu keçid  dünyanın təbii resursları üzərində beynəlxalq nəzarətin qurulmasını, onların  millətlər arasında ədalətlə paylanmasını, “Beynəlxaq Ekoloji Kodeksin” yazılmasını nəzərdə tutmaqla yanaşı, ekoloji mədəniyyətin qurulmasına xidmət edən ekoloji təhsilin kütləviləşdirilməsini tələb edir. Bu məsələdə Ekologiya və torpaqşünaslıq fakültəsi ölkəmizdə əhəmiyyətli maarifləndirici rol oynaya bilər.

Daha sonra fakültənin Ekologiya ixtisası üzrə II kurs tələbəsi Nicat Həsənov çıxış edərək, ictimai diqqəti ətraf mühit problemlərinə, onların həllinə yönəltməkdə və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin vacib olduğunu vurğulayıb.

Tədbirin sonunda dekan Akif Ağbabalı Ekologiya və torpaqşünaslıq fakültəsində təhsil alan tələbələrin gələcəkdə olkəmiz və dünya üçün ətraf mühitin mühafizəsi və ekoloji təhsillə bağlı məsələlərdə aparıcı qüvvəyə çevriləcəyinə inamını bildirib.

Qeyd edək ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda Birləşmiş Millətlər Təşkilatının İsveçin paytaxtı Stokholmda keçirilmiş “İnsanın ətraf mühiti” konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi imzalanıb. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.

Xəbərlər

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir

BDU-da zəif qarşılıqlı təsirlərin sintetik kimyada tətbiqi öyrənilir
30/12/2025

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

BDU-nun Kimya fakültəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
30/12/2025

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb

BDU-nun 139 nəfər müəllim və tələbəsinin IELTS imtahanında iştirak xərcini Təhsilin İnkişafı Fondu qarşılayıb
30/12/2025