BDU-da "Dünya ölkələri" adlı intellektual yarış keçirilib

22/12/2021

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Coğrafiya fakültəsində "Dünya ölkələri" adlı intellektual yarışı keçirilib.

İntellektual yarış 16 komandanın iştirakı ilə 5 raund üzrə keçirilib. Şəffaflığın təmin olunması məqsədi ilə yaradılmış münsiflər heyəti, yarışın gedişatına və balların hesablanmasına nəzarət edib.

Gərgin intellektual mübarizənin sonunda "Wanderlust" komandası 1-ci, "Aysberq" komandası 2-ci və "Dyatlov" komandası 3-cü yeri qazanıb. Qalib komanda növbəti mərhələyə vəsiqə qazanıb. Yarışın sonunda dekan müavinləri Qoşqar Məmmədov və Səbuhi Talıbov qalibləri təbrik edib, onları fakültənin Fəxri Fərmanları ilə təltif edib və xatirə şəkilləri çəkdiriblər. Həmçinin ilk 3 yeri tutmuş komanda üzvlərinə THİK-in sertifikatları təqdim olunacaq.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026