BDU-da Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar təlim

13/01/2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 11 yanvar – Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar təlim keçirib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin şöbə müdiri Elnur İbrahimov və həmin şöbənin məsləhətçisi Aytac Xələfli təqdimatlarında xüsusi mühafizə olunan təbiət əraziləri (milli park, dövlət təbiət qoruğu və dövlət təbiət yasaqlığı), onlarda həyata keçirilən ən son yeniliklər barədə ətraflı məlumat veriblər. Təqdimatlarda gələcəkdə respublikamızda yaradılması nəzərdə tutulan Abşeron palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun bazasında “Geopark”, Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında “Biosfer Rezervuatı” haqqında da ətraflı danışılıb. Yeni yaradılması planlaşdırılan iki Milli Park – Bozdağ Milli Parkı və İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq İlisu Milli Parkından da bəhs edilib.

Qeyd olunub ki, ölkəmizdə hazırda 10 milli park və 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir.

Xəbərlər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər

BDU tələbələri Pekin Kimya Texnologiyası Universitetində keçirilən mədəniyyət festivalında Azərbaycanı təmsil ediblər
13/11/2026