BDU-da Dünya İqtisadi Forumunun simulyasiya konfransı keçirilib

19/05/2026

“BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə könüllülərin təşəbbüsü ilə Dünya İqtisadi Forumunun simulyasiya konfransı keçirilib.

“BDU könüllüləri” təşkilatının Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə sədri İsmayıl İbrahimov bildirib ki, Dünya İqtisadi Forumunun gündəliyində mühüm yer tutan Dördüncü Sənaye İnqilabı və süni intellekt texnologiyalarının sürətli inkişafı müasir dövrdə dövlətlərin iqtisadi, siyasi və sosial siyasətlərinə birbaşa təsir göstərir. Belə simulyasiya konfransları tələbələrin qlobal problemləri təhlil etməsi, beynəlxalq platformalarda qərarqəbuletmə proseslərini daha yaxından mənimsəməsi və innovativ düşüncə bacarıqlarının inkişafına mühüm töhfə verir. Süni intellekt prinsiplərinin düzgün idarə olunması, etik çərçivələrin müəyyənləşdirilməsi və texnologiyaların insan rifahına xidmət etməsi gələcəyin əsas prioritet istiqamətlərindən biridir.

Simulyasiya konfransı çərçivəsində iştirakçılar müxtəlif dövlətlərin rəhbərlərini, transmilli korporasiyaların icraçı direktorlarını təmsil edərək müxtəlif istiqamətlərdə müzakirələr aparıblar.

Sessiyalar zamanı iqtisadi artım prosesində dövlət-özəl tərəfdaşlığı və qlobal risklərin idarə olunması amilləri əsas götürülüb.

Daha sonra iştirakçılar tərəfindən səsləndirilən fikir və təkliflər ümumiləşdirilərək, qlobal çağırışlara qarşı birgə fəaliyyəti nəzərdə tutan yekun qətnamə qəbul edilib.

Konfransın sonunda iştirakçılara təşəkkürnamələr verilib.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026