BDU-da Dünya Robot Olimpiadası haqqında infosessiya

20/05/2025

Bakı Dövlət Universitetində (BDU) Dünya Robot Olimpiadası (WRO) haqqında maarifləndirici infosessiya keçirilib.

Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov bu cür beynəlxalq layihələrin gənclərin texnologiyaya olan marağını artırmaqla yanaşı, ölkənin elmi-texniki inkişafına töhfə verdiyini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin məsləhətçisi Fərid Əhmədov tələbələrə olimpiada haqqında məlumat verib.

Azərbaycan Robotexnika və Mühəndisliyi Akademiyasının və Dünya Robot Olimpiadasının təmsilçisi Fədayə Vəliyeva yarışın müxtəlif kateqoriyaları, qiymətləndirmə meyarları və iştirakçıların qarşısında qoyulan texniki tapşırıqlar barədə  təqdimat edib. O bildirib ki, bu beynəlxalq platforma gənclərə məntiqi təfəkkür, problem həll etmə, komanda işi və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı verir. Olimpiada kompüter proqramlaşdırması, mühəndislik və mədəniyyətlərarası dialoqu təşviq edən unikal bir mühit yaradır.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026