BDU-da DOST Agentliyinin nümayəndə heyəti ilə görüş

07/05/2025

Bakı Dövlət Universitetində (BDU) Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinin müavini Tural Mailovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev DOST Agentliyi ilə 2022-ci ildə imzalanmış anlaşma memorandumunun icrası üzrə birgə Fəaliyyət Planının uğurla icra olunduğunu bildirib. O qeyd edib ki, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı kadrlar hazırlamaq BDU-nun əsas prioritetlərindəndir. BDU bu prosesi işəgötürənlərlə birgə həyata keçirir. Dövlət qurumları arasında ilk dəfə məhz DOST Agentliyi ilə bu prosesə start verilib: “BDU ilə DOST Agentliyi arasında əlaqələrin, qarşılıqlı əməkdaşlığın səviyyəsi bu gün bir çox universitetlərə nümunə göstərilə bilər. Bu əməkdaşlığı daha da inkişaf etdirmək, müxtəlif birgə layihələr həyata keçirmək niyyətindəyik. Hazırda BDU Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər tabeli qurumları, həmçinin müxtəlif dövlət orqanları ilə uğurlu əməkdaşlıq əlaqələri qurub, birgə Fəaliyyət Planları həyata keçirir”.

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Tural Mailov isə qeyd edib ki, sosial siyasət sahəsində ixtisaslı kadrlara tələbat günü-gündən artır. Bu baxımdan sosial istiqamətlər üzrə kadr hazırlığını həyata keçirən BDU ilə əməkdaşlığın rolu əvəzsizdir.

Görüşdə BDU və DOST Agentliyinin birgə Fəaliyyət Planına uyğun olaraq həyata keçirilən və planlaşdırılan işlərin müzakirəsi aparılıb.

 

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026