BDU-da “Dərin evtektik həlledicilər və onların əhəmiyyəti” mövzusunda elmi seminar keçirilib

24/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Neft kimyası və kimya texnologiyası kafedrasının doktorantı Sayad Niftullayevanın “Dərin evtektik həlledicilər və onların əhəmiyyəti” mövzusunda elmi seminarı təşkil edilib.

Kafedra müdiri İbrahim Məmmədov akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncam, BDU-da bu ilin dekabrında görkəmli alimin yubileyinə həsr olunacaq beynəlxalq konfrans barədə məlumat verib, onun aviasiya benzini, toluol, karbon-tetraxlorid və digər məhsulların istehsalı sahəsində əldə etdiyi mühüm elmi nailiyyətləri diqqətə çatdırıb.

Kimya fakültəsinin sosial məsələlər üzrə dekan müavini Taleh Qəhrəmanov çıxışında akademik Yusif Məmmədəliyevin keçdiyi şərəfli yol, araşdırmalarının elmi əhəmiyyəti, qarşılaşdığı çətinliklər və irsinin öyrənilməsində gənclərdən gözləntilər barədə fikirlərini bölüşüb.

Sonra doktorant Sayad Niftullayeva “Dərin evtektik həlledicilər və onların əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı akademik Yusif Məmmədəliyevin bəşəri əhəmiyyət kəsb edən elmi fəaliyyəti, ölkəmizin enerji potensialı fonunda ekoloji təmiz yanacaqların hazırlanmasında dərin evtektik həlledicilərin (DES) rolu, onların tətbiq istiqamətləri və bu sahədə aparılan işlər haqqında geniş məlumat verib.

Seminar tələbələrlə interaktiv müzakirələr və sualların cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

BDU “THE World University Rankings 2027”də yer alıb

BDU “THE World University Rankings 2027”də yer alıb
30/09/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş

BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
30/09/2026

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
30/09/2026