BDU-da dövlət qulluğu və könüllü fəaliyyəti ilə bağlı seminar keçirilib

12/11/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı ali təhsil müəssisələrində maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə növbəti seminar keçirilib. Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər, həyata keçirilən cari vəziyyət və perspektiv planlar barədə keçirilən seminarda BDU-nun 4-cü kurs tələbələri və magistrantları iştirak edib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov keçirilən seminarın əhəmiyyətindən danışıb, tələbələrə dövlət qulluğu və könüllülük fəaliyyətinin önəmindən bəhs edib.

Qeyd edilən məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı həyata keçirilən layihələr və perspektivdə görüləcək işlər barədə seminar iştirakçılarına məlumat verib.

Seminarda  dövlət qulluqçusu statusuna malik olan hər bir şəxsin üzərinə düşən mühüm vəzifələrdən danışılıb. Bildirilib ki, hər bir dövlət qulluqçusu “Etik davranış qaydaları haqqında” qanunun tələblərinə əməl etməli, qanununun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutmalıdır.

DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova “Könüllü DOST proqramı” haqqında məlumat verib. Bildirib ki, DOST mərkəzlərinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlillərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var. Bu fəaliyyət sayəsində gənclər həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər. "Könüllü DOST" proqramının məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir. S.Həsənova qeyd edib ki, könüllü fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir.

Sonda tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024