BDU-da Dövlət Suverenliyi Günü qeyd olunub

20/09/2024

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror əməliyyatının birinci ildönümü və Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov tariximizə qızıl hərflərlə yazılan böyük Zəfərimizdən və onun məntiqi davamı olan antiterror əməliyyatından söz açıb. Qeyd edib ki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il 27 sentyabrda başlanan 44 günlük Vətən Müharibəsindəki parlaq qələbə nəticəsində tarixi Azərbaycan torpaqları 30 illik işğaldan azad edilib. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilər tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və erməni silahlı qüvvələrinin qalıqlarının tərkisilah edilərək torpaqlarımızından çıxarılması, həmin ərazidə Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı həyata keçirilib. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində dövlət suverenliyimiz bərpa edilib. Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin tam bərpa edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il sentyabrın 19-da Azərbaycanda Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalanıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev Qarabağdakı erməni hərbi birləşmələrinin darmadağın edilməsi, Xocalı, Xocavənd, Ağdərə, Xankəndi və Əsgəran kimi şəhər və yaşayış məntəqələrimizin işğaldan azad edilməsi nəticəsində Azərbaycanın suverenliyinin və Konstitusiya quruluşunun tamamilə bərpa edilməsinin tarixi əhəmiyyətindən danışıblar. Bildiriblər ki, Azərbaycan tarixinin 200 illik dövründə qazanılan ən böyük qələbənin davamı ötən ilin 19-20 sentyabr tarixlərində yaşanıb. Antiterror əməliyyatı düşmən qüvvələrinin məğlubiyyətini başa çatdıraraq, bu torpaqların əzəli və əbədi olaraq Azərbaycana aid olduğunu bütün dünyaya nümayiş etdirib.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025