BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

23/04/2024

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı Dövlət Universitetində tələbələr üçün elan edilmiş sayca üçüncü Yay Təcrübə Proqramının təqdimatını təşkil edib.

200-dən çox tələbənin iştirak etdiyi görüşdə DVX-nin İnsan resursları baş idarəsinin əməkdaşları proqramın faydaları, yaratdığı karyera imkanları barədə danışıblar. Tələbələr proqrama qoşulmaq üçün tələblər və seçim mərhələləri barədə məlumatlandırılıblar.

İyunun 28-dən avqustun 30-dək davam edəcək Yay Təcrübə Proqramının qeydiyyat mərhələsi aprelin 1-dən 30-dək həyata keçirilir. Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır.

Qeyd edək ki, Yay Təcrübə Proqramının əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılmasına, şəxsi inkişaflarına dəstək verməkdir. Tələbələr təcrübə proqramı vasitəsilə nəzəri biliklərini praktikada tətbiq etmək, vergi sahəsində yeni bilik və bacarıqlar formalaşdırmaq imkanı qazanmaqla yanaşı, proqramı uğurla tamamladıqları halda dövlət vergi orqanlarına daimi işə qəbul üçün dəyərləndirilirlər.

Qeydiyyat və ətraflı məlumat üçün linkə keçid: https://www.taxes.gov.az/az/post/3186

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026