BDU-da “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib

09/04/2019

Bakı Dövlət Universitetində təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib. Dövlət Təhülkəsizlik Xidmətinin məsul əməkdaşlarının, BDU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri konfransı rektor Elçin Babayev açaraq dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsindən bəhs edən rektor bildirib ki, gənclər hər zaman milli mənafeyi qorumalı, təhsildə uğur qazanmalı və əzmlə çalışmalıdır.

DTX-nin əməkdaşı Tural Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda məruzə edib. O, təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığından danışıb.

T.Məmmədov vurğulayıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlərlə üzləşmək və digər təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir və bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. T.Məmmədov onu da qeyd edib ki, gənclər dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Tural Məmmədov gənclərin əksəriyyətinin belə yad təsirlərdən uzaq durduğunu, ölkəmizin tərəqqisi naminə dövlət siyasətinə dəstək verdiklərini də qeyd edib.

Tədbir konfrans iştirakçılarının çoxsaylı sualları ilə yekunlaşıb.


Mətbuat və informasiya şöbəsi, 9 aprel 2019-cu il.

KİV-də yayımlananlar


Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026