BDU-da dəyirmi masa: “Konstitusiya və təbii sərvətlər: elmi-hüquqi baxış bucağında”

17/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Geologiya və Hüquq fakültələrinin Tələbə Həmkarlar İttifaqı komitələrinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya və təbii sərvətlər: elmi-hüquqi baxış bucağında” adlı dəyirmi masa keçirilib.

Hüquq fakültəsinin tələbəsi Roza Xəlilova Azərbaycan Konstitusiyasının mahiyyəti, dövlət quruluşunun əsas prinsipləri barədə danışıb. Konstitusiyanın dövlət suverenliyi, ərazi bütövlüyü, dövlət mülkiyyəti və insan hüquqlarının müdafiəsi kimi əsas dəyərləri özündə birləşdirdiyini deyib. Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında təbii sərvətlərin qorunması ilə bağlı müddəalar haqqında məlumat verib.

Geologiya fakültəsinin tələbəsi Saimə Ənnağıyeva isə “Neft və geologiyanın elm və qanun müstəvisində rolu” mövzusunda çıxış edib. O, geoloji tədqiqatların əhəmiyyəti, neft ehtiyatlarının araşdırılmasında tətbiq olunan elmi metodlar və bu proseslərin hüquqi tərəfləri ilə bağlı tələbələri məlumatlandırıb. Təbii sərvətlərin qorunması və düzgün idarə olunmasının həm qanunvericilik, həm də elm üçün vacib olduğunu vurğulayıb.

Tədbir zamanı tələbələr Konstitusiyanın geoloji siyasətə təsiri, təbii sərvətlərə dövlət nəzarəti və elmi tədqiqatların inkişafı ilə bağlı suallar veriblər. Müzakirələr qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

 

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026