BDU-da “EBSCO Discovery Service” sistemindən istifadə qaydaları haqqında vebinar keçirilib

30/09/2024

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası “EBSCO Discovery Service sistemindən istifadə qaydaları” adlı vebinar keçirib. Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) təşkilatçılığı ilə keçirilən vebinarda EBSCOHost şirkətinin nümayəndələri Aleksandr Rutau və Kristina Rudak moderatorluq ediblər.

Tədbirdə BDU-nun Elmi Kitabxanası və respublikanın 12 ali təhsil müəssisəsinin kitabxanalarının 40-dan çox rəhbər işçisi və əməkdaşı iştirak edib. Vebinarda öncə “EBSCO Discovery Service” sistemi vasitəsilə əldə edilən dünya elmi resursları haqqında ətraflı danışılıb, sistemlə resurslarda axtarış nümayiş edilib və kitabxanalarda bu sistemlə işin düzgün təşkili ilə bağlı tövsiyələr verilib. Təqdimatda “EBSCO Discovery Service” sisteminin xarici nəşrlərdən alınan məqalələr və biblioqrafik məlumatlar üzrə axtarış aparmağa imkan verən, təşkilatın lisenziyalı giriş imkanı olan sənədlərin tam mətnlərinə elektron formada daxil olmağı təmin edən kompleks inteqrasiya olunmuş axtarış sistemi olduğu bildirilib.

BDU-nun interfeysi üzərindən bir neçə ali təhsil müəssisəsinin timsalında sistemə giriş imkanları və oxucuların BDU-nun elektron kitabxanasından qonaq giriş rejimində daxil olaraq tammətnli resusrlardan istifadə qaydaları öyrədilib. Nümunə olaraq hər bir ali təhsil müəsisəsinə verilən istifadəçi adı və parolla sistemə girişin aktivliyi yoxlanılıb.

Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb və onlara sertifikat təqdim olunacağı bildirilib.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026