BDU-da “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda ilk onlayn təlim-seminar keçirilib

01/06/2021

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.KİK) çərçivəsində BDU-nun professor-müəllim heyəti və gənc tədqiqatçıların iştirakı ilə “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda ilk onlayn təlim-seminar keçirib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov çıxış edərək univerisitetdə elmi fəaliyyətin təşkilində rəqəmsal informasiya sistemlərinin, xüsusilə də pandemiya dövründə rəqəmsal kitabxanaların vacibliyindən söz açıb. Elmi araşdırmalar zamanı EBSCO platformasında 9 mindən çox elmi jurnaldan maneəsiz istifadənin tədqiqatçılar üçün böyük imkan olduğunu vurğulayıb.

Elmi Kitabxananın direktoru Nigar İsmayılova çıxış edərək Az.KİK-in yaranması, fəaliyyəti, üzvləri, beynəlxalq əlaqələri və gələcək planları barədə danışıb, beynəlxalq EİFL konsorsiumunun üzvü kimi elektron mənbələrə endirimli qiymətlərlə abunənin və elektron informasiyaya əlyetərliyin təmin olunması haqqında geniş məlumat  təqdim edib.

Daha sonra təlim-seminarda EİFL.net-in yerli təmsilçiləri - EİFL konsorsiumu üzrə milli əlaqələndirici və EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova, Open Access və Lisenziyalaşdırma üzrə ölkə koordinatoru İltifat İbrahimov təqdimatla çıxış edərərk, elmi araşdırmalar zamanı EBSCOhost platformasında interaktiv axtarış, elektron resurslardan, tammətnli məqalələrdən istifadə imkanları, beynəlxalq nəşriyyatlarda elmi məqalələrin nəşri üçün jurnal seçimi, Open Access jurnallarda məqalə nəşrinə endirimli qiymətlər haqqında ətraflı məlumat veriblər.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026