BDU-da “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda növbəti onlayn təlim-seminar keçirilib

24/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AZ.KİK) çərçivəsində BDU-nun təbiət elmləri fakültələri və elmi-tədqiqat institutlarının professor-müəllim heyəti, tədqiqatçıları və tələbələri üçün “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda növbəti onlayn təlim-seminar keçirib.

BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova çıxış edərək Az.KİK-in yaranması, fəaliyyəti, üzvləri, beynəlxalq əlaqələri və gələcək planları barədə danışıb, beynəlxalq EİFL konsorsiumunun üzvü kimi elektron mənbələrə endirimli qiymətlərlə abunənin və elektron informasiyaya əlyetərliyin təmin olunması haqqında geniş məlumat  təqdim edib.

Daha sonra təlim-seminarda EİFL.net-in yerli təmsilçiləri - EİFL konsorsiumu üzrə milli əlaqələndirici və EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova, Open Access və Lisenziyalaşdırma üzrə ölkə koordinatoru İltifat İbrahimov təqdimatla çıxış edərək, elmi araşdırmalar zamanı EBSCOhost platformasında interaktiv axtarış, elektron resurslardan, tammətnli məqalələrdən istifadə imkanları, beynəlxalq nəşriyyatlarda elmi məqalələrin nəşri üçün jurnal seçimi, Open Access jurnallarda məqalə nəşrinə endirimli qiymətlər haqqında ətraflı məlumat veriblər.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”

Ən yüksək balla qəbul olan tələbə: “BDU gələcək təhsilim üçün ən yaxşı seçimdir”
03/09/2026

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir

BDU-ya qəbul olunan şəxslərin qeydiyyatı davam edir
03/09/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026