BDU-da “Şeir gecəsi” adlı qiraət müsabiqəsi

11/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi üzrə Könüllülər Təşkilatı “Şeir gecəsi” adlı qiraət müsabiqəsi təşkil edib.

Müsabiqədə altı tələbənin müxtəlif mövzular üzrə ifadəli səsləndirdikləri şeirlər münsiflər heyətinin üzvləri – Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva və “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov tərəfindən dəyərləndirilib.

Dəyərləndirmənin nəticələrinə əsasən, Filologiya fakültəsinin tələbəsi Cahan Salmanova birinci, Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi Xalidə Bayramova ikinci, Fizika fakültəsinin tələbəsi Səma Mehdili üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər diplomla mükafatlandırılıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026