BDU-da şeir müsabiqəsi keçirilib

03/12/2018

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə tələbələr arasında şeir müsabiqəsi keçirilib. Tədbirdə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, dekan müavini Cavanşir Muradov və professor-müəllim heyəti iştirak edib.

Alman və fransız dilləri kafedrasının müdiri, dosent Elmira Fərəcullayeva 30-dək tələbənin iştirak etdiyi müsabiqənin əhəmiyyətindən danışıb.

Daha sonra Filologiya, Biologiya, Şərqşünaslıq, Tarix, Mexanika-riyaziyyat, Ekologiya və torpaqşünaslıq, Tətbiqi riyaziyyat və kibernetika, Coğrafiya və Hüquq fakültəsinin xarici dil kimi alman-fransız dillərini seçmiş tələbələri bu dillərdə şeirlər səsləndiriblər.

Kafedra müdiri Elmira Fərəcullayeva, kafedranın müəllimləri - Məlahət Orucova, Ulduzə İsmayılovanın, eləcə də iştirakçı tələblələrin səsverməsi nəticəsində müsabiqənin I mərhələsində qalib seçilən 15 tələbə sertifikata layiq görülüb. Digər iştirakçılara Fransa səfirliyinin təqdim etdiyi kitablar təqdim olunub.

Qeyd edək ki, yarışın ikinci mərhələsi Azərbaycan Dillər Universitetində keçiriləcək.

Mətbuat və informasiya şöbəsi, 03 dekabr 2018-ci il.


Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026