BDU-da “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” elmi konfransı keçirilib

05/05/2021

Bakı Dövlət Universitetində (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ekologiya və torpaqşünaslıq elmləri XXI əsrdə” II Respublika onlayn elmi konfransı keçirilib. Konfransda Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət”, Bioekologiya kafedrasının doktorantı Sevinc Saruxanova "Xərə Zirə adasında ceyran populyasiyasının tarixi və gələcək perspektivləri", Coğrafi ekologiya kafedrasının II kurs magistrantı Aysel Hacıyeva “Динамика  лесного покрова северного склона Большого Кавказа по данным космической информации” və Ekoloji kimya kafedrasının  I kurs magistrantı Cəfərova Xaliqə "Xəzər dənizinindən götürülmüş su nümünələrində fenol və fenol tipli birləşmələrin təyini” mövzularında məzruzə ediblər. Çıxışlarda ətraf mühitin qorunması sahəsində prioritet məsələlərin üzə çıxarılması, innovativ istiqamətlərin müəyyənləşdirilməsi, elmi işçilərin, doktorant, magistr və tələbələrin elmi araşdırmalara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin nəzəri və praktik cəhətdən mühüm nəticələrindən bəhs olunub.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026