BDU-da “Ekstremal şəraitdə psixoloji yardım” mövzusunda təlim

02/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Ekstremal şəraitdə psixoloji yardım” mövzusunda təlim təşkil edib.

Təlim zamanı ABŞ-nin Con Hopkins Universiteti tərəfindən hazırlanmış fövqəladə vəziyyətlər üçün İlkin Psixoloji Yardım (Psychological First Aid – PFA) modeli və onun əsas mərhələləri barədə iştirakçılara ətraflı məlumat verilib. Stres, onunla mübarizə yolları, özünə qayğı anlayışı, bu yanaşmanın gündəlik həyatda tətbiqi mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Təlimdə vurğulanıb ki, ilkin psixoloji yardım yalnız psixoloq və həkimlər tərəfindən deyil, digər peşə qruplarının nümayəndələri tərəfindən də uyğun formada göstərilə bilər. Bu yanaşma fövqəladə vəziyyətlərdə cəmiyyətin psixoloji davamlılığının artırılmasına mühüm töhfə verir.

Praktik məşğələlər çərçivəsində terapevtik ünsiyyətin əhəmiyyəti, aktiv dinləmə bacarıqları, empatik yanaşma və təhlükəsizlik hissinin yaradılması mövzularında müzakirələr aparılıb, situativ məşqlər icra olunub.

Xəbərlər

BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır

BDU Çinin Şanxay Siyasi Elmlər və Hüquq Universiteti ilə əməkdaşlığa başlayır
10/04/2026

BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib

BDU-da dissertasiya işlərində süni intellektdən istifadənin sərhədləri və risklərinə dair tədbir keçirilib
10/04/2026

BDU tələbələri “İntellektual qatar” sərgisi ilə tanış olublar

BDU tələbələri “İntellektual qatar” sərgisi ilə tanış olublar
10/04/2026