BDU-da elektron informasiya resurslarına əlçatanlığın təmin olunması ilə bağlı seminar-treninq

15/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə kitabxananın nəzdində fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) yaranmasının 20 illiyinə həsr olunmuş “Elektron informasiya resurslarına əlçatanlığın təmin olunması” mövzusunda seminar-treninq keçirilib.

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov müasir dövrdə kitabxanaların fəaliyyətində elektron resurs və məlumat bazalarının önəmi və onlara əlçatanlığın təmin edilməsinin vacibliyindən danışıb.

Elmi Kitabxananın direktoru Nigar İsmayılova Az.KİK-in keçdiyi inkişaf yolu, 20 ildə əldə etdiyi nailiyyətlər, beynəlxalq konsorsium və təşkilatlarda üzvlük, təmsilçilik hüququ barədə ətraflı məlumat verib.

Az.KİK-in rəhbəri, EİFL.net üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi, BDU-nun Elmi Kitabxanasının Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri Cəmilə Yusifova “Az.KİK: yaranması, fəaliyyəti və inkişaf perspektivləri“ mövzusunda məruzə edib. O, məruzəsində Az.KİK-in EİFL.net beynəlxalq kitabxana konsorsiumu ilə əlaqələri, konsorsium üzvlərinə təqdim etdiyi xidmətlər, EBSCOhost şirkətinin elektron resurslarına əlçatanlığın təmin edilməsi məsələləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

EBSCOhost şirkətinin MDB ölkələri üzrə direktoru Andrey Sokolov “Mərkəzləşdirilmiş abunəlik çərçivəsində EBSCO resursları“ mövzusunda təqdimatında müxtəlif elm sahələrini əhatə edən elektron məlumat bazalarının iş prinsiplərini izah edib. Şirkətin təmsilçisi həmçinin Az.KİK-in abunə olduğu elektron məlumat bazalarında axtarış haqqında interaktiv formada təlim-treninq keçirib.

“Emerald” nəşriyyatının Türkiyə və Mərkəzi Asiya üzrə satış meneceri Mine Tonta ““Emerald” nəşriyyatı və kitabxana konsorsiumlarının inkişaf nailiyyətləri” mövzusunda məruzə edərək Mərkəzi Asiya ölkələrində kitabxana konsorsiumlarının fəaliyyəti və onların qarşılaşdığı müxtəlif problemlər, eyni zamanda Türkiyə Kitabxana Konsorsiumu olan ANKOS-un Az.KİK-lə əlaqələrindən danışıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı tələbə adını qazanıb
06/09/2024

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

BDU-105: Peşəkar İT mütəxəssisləri hazırlayan Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
06/09/2024

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin ilk görüşü
06/09/2024