BDU-da Elm gününə həsr olunmuş silsilə mühazirələr davam edir

19/03/2021

Bu gün Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən “Müasir cəmiyyətində informasiya fəaliyyətinin yeri” mövzusunda onlayn mühazirə keçirilib. Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov BDU-nun və İqtisadiyyat və Humanitar Kollecin pedaqoji heyəti və tələbələrinə mühazirə oxuyub.
N.İsmayılov qlobal informasiya mühitində dünya və Azərbaycan təcrübəsinə əsaslanmaqla informasiya cəmiyyəti quruculuğu və bu prosesdə kitabxanaçılıq və informasiya fəaliyyətinin rolu ilə bağlı təhlillər aparıb. Ölkəmizdə kitabxana və informasiya fəaliyyətinə dair dövlət siyasətinin prioritetləri, sahə üzrə mövcud əmək bazarında rəqabətədavamlı kadr hazırlığına verilən tələblər kimi məsələlərdən bəhs edib. Məruzədə qarşıya qoyulan əsas məqsədlərdən birinin tədris prosesində bu dəyişiklikləri nəzərə almaqdan ibarət olduğu qeyd edilib.

Xəbərlər

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır
17/06/2026

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda qərarlaşıb

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda qərarlaşıb
17/06/2026