Xalq yazıçısı Elçin BDU-da mühazirə oxudu

29/03/2021

Bu gün Bakı Dövlət Universitetində 27 mart - Elm Gününə həsr olunmuş mühazirələr silsiləsindən "Əbədi müasirimiz - Nizami haqqında söz" mövzusunda onlayn mühazirə keçirilib. Azərbaycan Respublikasının xalq yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas Elçin Əfəndiyev BDU-nun, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin professor-müəllim heyəti və tələbələrinə, “Gənc istedadlar” liseyinin şagirdlərinə onlayn mühazirə oxuyub.

Elçin Əfəndiyev mühazirədə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, ölməz əsərləri, humanist ideyaları ilə dünyanın ən tanınmış söz sənətkarlarının önündə dayanan Nizami Gəncəvinin həyat yolu və yaradıcılığı, Şərq və dünya ədəbiyyatının inkişafında rolu, əsərlərindəki fəlsəfi fikirlər, ideyalar, bəşəriyyətin bədii söz sənətinə "Xəmsə" adlı xəzinəni bəxş etməsi, onun bədii irsinin dünya ədəbiyyatının, təsviri sənətin və musiqinin inkişafına böyük təsiri, gənc nəslin təlim-tərbiyəsində Nizami yaradıcılığının əvəzsiz rolu və s. barədə söhbət açıb.  Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus yerini qoruyub saxladığını qeyd edib. Xalq yazıçısı bildirib ki, böyük mütəfəkkirin əsərlərində elmə yüksək qiymət verilib, ən çətin məsələlərin həllində elmin rolu önə çəkilib.

Daha sonra BDU-nun rektoru Elçin Babayev çıxış edərək Xalq yazıçısı Elçinə maraqlı mühazirəyə görə təşəkkür edib. BDU-da “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planı barədə məlumat verib. O, bu məqsədlə xüsusi komissiyanın yaradıldığını, silsilə elmi konfrans və simpoziumların, mühazirələrin, seminarların keçiriləcəyini, dahi şairin zəngin söz xəzinəsinə həsr olunmuş sərgilərin təşkil olunacağını söyləyib.

Tədbir maraqlı müzakirələrlə davam edib.

Xəbərlər

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur

Birinci instansiya məhkəmələrinə ilk dəfə təyin edilən 39 hakimdən 27-si BDU məzunudur
11/10/2026

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026