BDU-da “Elm günü”nə həsr olunmuş “Xəmsə” intellektual oyununun seçim mərhələsi

04/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş  tədbirlər çərçivəsində “Xəmsə” intellektual oyununun seçim mərhələsi keçirilib.

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə TEC sədri Raul İmanov intellektual oyun barəsində tələbələri məlumatlandırıb, belə intellektual yarışların tələbələrin elmi dünyagörüşünün formalaşmasında, analitik düşünmə və komanda bacarıqlarının inkişafında mühüm rol oynadığını deyib.

Ümumilikdə, 8 komanda - “Alfa&Omega”, “Minas Morgul”, “Aurora”, “Quantum”, “Torrent”, “Apex predator”, “Teseyin gəmisi” və “Mexaniki portağallar”nın mübarizə apardığı seçim mərhələsində iştirakçılar müxtəlif sahələri əhatə edən suallar üzrə bilik və çevik düşünmə bacarıqlarını nümayiş etdiriblər. Oyunun nəticələrinə əsasən, 4 komanda - “Alfa&Omega”, “Minas Morgul”, “Teseyin gəmisi” və “Torrent” növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, final mərhələsi 6 mart tarixində keçiriləcək intellektual oyunun məqsədi tələbələr arasında intellektual düşüncənin təşviq edilməsi, gənclərin analitik təhlil, sürətli qərarvermə və komanda şəklində fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi, elmə və araşdırmaya marağın daha da artırılmasıdır.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026