BDU-da elmi fəaliyyət onlayn formada davam etdirilir

16/04/2020

Dünyada sürətlə yayılmağa davam edən yeni tipli koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq məqsədilə dövlət səviyyəsində qətiyyətli tədbirlər görülür. Ölkədə xüsusi karantin rejimi elan olunub, insanların təhlükəsizliyi naminə sərt qadağalar tətbiq edilib, əhaliyə özünütəcrid tədbirlərinə uyğun davranmaq tövsiyə olunub.

Bakı Dövlət Universitetində (BDU) elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, tədqiqatçılar öz axtarışlarını davam etdirir, onlayn formada məsləhətləşmələr və müzakirələr aparır, elmi fəaliyyətlərini məsafədən koordinasiya edirlər.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Bakı Dövlət Universitetinin Sənaye Kimyası Laboratoriyasında da tədqiqat işləri məsafədən idarə olunmaqla həyata keçirilir. Laboratoriya əməkdaşlarının tədris etdiyi dərslər Microsoft Teams platforması üzərindən məsafədən təşkil edilir, mühüm elmi nəticələr müzakirəyə çıxarılır, yeni innovativ ideyalar haqqında mülahizələr irəli sürülür. Eyni zamanda Fransanın Lorraine, Tunisin Carthage, Amerika Birləşmiş Ştatlarının (ABŞ) İllinois universitetlərinin professorları ilə yeni elmi məqalələr üzərində məsləhətləşmələr aparılır.

Həmçinin, laboratoriya əməkdaşlarının üzərində çalışdıqları “The design of the novel peptide based antimicrobial agents and their in vitro/in vivo investigation”, “Thermodynamic modeling of Asphaltene Precipitation”, “Elemental analysis by X-ray Fluorescence Spectroscopy”, “Mineralogy analysis by X-ray Powder Diffraction”, “Salinity variation study in a Caspian Basin oil Field”, “Ca(OH)2 and CaCO3 based nanomaterials for cement reinforcement”, “Synthesis of graphene oxide and silver nanoparticles based biologically active supramolecular ensembles”, “Development of novel graphene oxide based piezophototronic devices”, “New membranes for desalination membranes”, “Functionalization of surgical meshes”, “Coupling of computational flow dynamics and experimental chemistry to identify the optimal sand consolidation technology”, “Activity recovery of traditional antimicrobial agents on resistant strains by nanosupramolecular approach” layihələri üzrə araşdırmalar onlayn formada davam etdirilir, alqoritmlər hazırlanır, modelləşdirmə və kodlaşdırma işləri görülür.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024