BDU-da elmi nəşrlərin beynəlxalq reytinq göstəricilərini yaxşılaşdırmaq imkanları müzakirə olunub

19/05/2022

Bakı Dövlət Universitetində (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin təşkilatçılığı ilə “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması imkanları” mövzusunda elmi seminar keçirilib.

Seminarda Elmi tədqiqatların təşkili və təhlili şöbəsinin müdiri, dosent Mirnamik Bəşirov məruzə ilə çıxış edərək, elmi nəşrlərin yaxşılaşdırılması istiqamətdə ölkədə görülən işlərdən, bununla əlaqədar təşkil olunmuş Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiya və “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üçün Yol xəritəsi” haqqında danışıb.

Mirnamik Bəşirov elmi nəşrlərin reytinq göstəricilərinin yaxşılaşdırılması istiqamətində BDU-da aparılmış və nəzərdə tutulmuş işlər haqqında da məlumat verib. Bildirib ki, “Tətbiqi və hesablama riyaziyyatı” beynəlxalq jurnalı 2002-ci ildə təsis edilib. Jurnal tətbiqi və hesablama riyaziyyatının geniş spektri üzrə yüksək keyfiyyətli resenziyalı tədqiqat məqalələrini dərc edən jurnaldır və hazırda impakt faktoru 3,898-dir.

Mirnamik Bəşirov qeyd edib ki, 1999-cu ildə yaradımış “Journal of Pure and Applied Mathematics” jurnalı 2010-cu ildə Türk Dünyası Riyaziyyat Cəmiyyəti və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutu tərəfindən birgə təsis olunub. Məruzəçi jurnalın Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Rusiya, İran, Çin, ABŞ və Avropa ölkələrinin riyaziyyatçılarını birləşdirdiyini vurğulayıb. Jurnalın impakt faktoru 1,892-dir.

Məruzədə Hirş əmsalı, onun təyini, istinad əmsalı, impakt faktor və onun təyini, istinad əmsalının artırılması imkanları və elmi nəşrlərdə diqqət çəkən digər məqamlara da toxunulub, açar sözlərin əhəmiyyəti və onların seçilmə texnologiyasından bəhs edilib. Elmi nəşrlərin reytinqinin yaxşılaşdırılması istiqamətində qarşıda görüləcək işlər barədə də məlumat verilib.

Sonda məruzəçi verilən sualları cavablandırıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024