BDU-da elmi seminar: “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri”

22/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasında “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Geologiya fakültəsinin dekanı Mamoy Mansurov bildirib ki, alternativ və bərpa olunan enerji mənbələrinin geniş tətbiqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Geotermal enerjinin öyrənilməsi və tətbiqi enerji təhlükəsizliyi, ekoloji davamlılıq və iqtisadi səmərəlilik baxımından strateji əhəmiyyət daşıyır.

Məruzəçi, Seysmologiya və Yer təkinin fizikası kafedrasının baş müəllimi Aygün Məmmədova zəngin geotermal resurslara malik Abşeron yarımadasının potensialının  hələ tam reallaşdırılmadığını diqqətə çatdırıb. O qeyd edib ki, dərin qatlarda yüksək temperaturlu suların mövcudluğu, neft-qaz yataqları ilə əlaqəli termal anomaliyalar və palçıq vulkanizmi regionun geotermal baxımdan perspektivli olduğunu göstərir.

Məruzədə geotermal enerjidən istifadənin əsas istiqamətləri – elektrik enerjisi istehsalı, yaşayış və sənaye obyektlərinin istiliklə təmin olunması, kənd təsərrüfatında tətbiqi məsələlərinə də toxunulub. Qeyd olunub ki, innovativ texnologiyaların və müasir elmi yanaşmaların tətbiqi geotermal resurslardan daha səmərəli istifadəyə imkan yarada bilər.

Seminar zamanı geotermal enerjinin ekoloji üstünlükləri, karbon emissiyalarının azaldılmasında və yaşıl enerji siyasətinin həyata keçirilməsində rolu diqqətə çatdırılıb. Bununla yanaşı, geotermal layihələrin icrasında geoloji risklərin qiymətləndirilməsi, seysmik aktivliklə əlaqələrin araşdırılması və ətraf mühitə təsirin minimuma endirilməsi məsələlərinin vacibliyi vurğulanıb.

İnteraktiv müzakirələr zamanı iştirakçılar geotermal enerjinin Azərbaycanda tətbiq perspektivləri, iqtisadi səmərəliliyi və gələcək tədqiqat istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026