BDU-da elmi seminar: “Bioloji modellərin tətbiqində süni intellektin imkanları”

06/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 27 mart –  Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Bioloji modellərin tətbiqində süni intellektin imkanları” mövzusunda elmi seminar keçirilib.

Seminar tələbələr, magistrantlar və gənc tədqiqatçılar üçün süni intellektin biologiya, genetika və səhiyyə sahələrində tətbiq imkanlarının təqdim olunmasına və müasir elmi texnologiyaların biologiya elminə təsirinin izahına həsr olunub.

Məruzəçi – BDU-nun “Genetika” ixtisası üzrə magistr məzunu, hazırda “Smart Solutions” şirkətinin Araşdırma və inkişaf departamentində fəaliyyət göstərən Gülnar Hüseynli Quluzadə öz peşəkar fəaliyyəti və süni intellekt texnologiyaları sahəsində apardığı işlər barədə məlumat verib.

Seminarda süni intellektin elmi tədqiqatlarda rolu, onun riyazi və texnoloji əsasları diqqətə çatdırılıb. Elmdə yaranan böyük həcmli məlumatların təhlilində süni intellekt üsullarının əhəmiyyəti haqqında geniş məlumat təqdim olunub. Məruzədə xüsusilə biologiya, genetika və səhiyyə sahələrində süni intellektin tətbiq imkanları təhlil olunub, zülal strukturlarının proqnozlaşdırılması, tibbi görüntülərin təhlili və genom məlumatlarının şərhi kimi istiqamətlər üzrə real elmi nümunələr təqdim edilib.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026