BDU-da elmi seminar: ”Bitkilərdə ağızcıq aparatının funksiyası və tənzimlənməsinin metabolizmi”

03/04/2023

Bakı Dövlət Universtetinin (BDU) Biologiya fakültəsində Elm və Təhsil Nazirliyinin  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Şahniyar Bayramovun “Bitkilərdə ağızcıq aparatının funksiyası və tənzimlənməsinin metabolizmi” mövzusunda elmi seminarı keçirilib. Məruzəçi bitkilərdə ağızçıq aparatının əsasən yarpağın epidermal strukturlarında məsamələr şəklində yerləşdiyini və onun əsas funksiyasının qaz və su mübadiləsini (transpirasiya), fotosintez prosesini tənzimləmək olduğunu deyib. Ağızcıq aparatı əsasən mühafizə hüceyrələri kimi tanınan iki xüsusi hüceyrədən təşkil olunub. Bu strukturda baş verən metabolik proseslər həm endogen, həm də ətraf mühit siqnallarının köməyi ilə tənzimlənir.

Seminarda ağızçıq aparatını təşkil edən hüceyrələrin anatomik xüsusiyyətləri, onları əhatə edən mezofil hüceyrələri ilə əlaqəsi, üzvi maddələrin metabolizminin tənzimlənməsi yolları və s. haqqında məlumat verilib.

Sonda məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026