BDU-da elmi seminar: “Davamlı inkişaf məqsədləri və təhsil sahəsində tətbiqləri”

11/04/2023

Bakı Dövlət Universtetinin (BDU) Beynəlxalq əlaqələr üzrə prorektoru, coğrafiya elmləri namizədi, dosent Şahin Pənahov Biologiya fakültəsində “Davamlı inkişaf məqsədləri və təhsil sahəsində tətbiqləri” adlı elmi seminar keçirib.

Məruzəçi Davamlı İnkişaf Məqsədləri (DİM), hədəfləri və göstəriciləri, bəşəriyyətin qlobal, regional, milli və lokal səviyyələrdə qarşılaşdığı müxtəlif problemlərin həlli üçün hazırlanmış konsepsiya və 2016-2030-cu illəri əhatə edən inkişaf proqramı haqqında məlumat verib. O qeyd edib ki, hazırda qlobal göstəricilər sisteminə 231 DİM göstəricisi daxildir. Təkrarlanan göstəricilər də daxil olmaqla DİM göstəricilərinin ümumi sayı 248-dir. Daha sonra məruzəçi iştirakçıları Davamlı İnkişaf Məqsədlərinin  təhsil və bioloji müxtəlifliklə bağlı məsələləri, Azərbaycanda DİM-in tətbiqi sahəsində qazanılmış nailiyyətlər və qarşıda duran çağırışlar barədə məlumatlandırıb. Şahin Pənahov dayanıqlı inkişaf üzrə yeni milli strategiya, proqram və fəaliyyət planlarının hazırlanmasının, yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların əldə olunması məqsədilə statistika potensialının gücləndirilməsinin, milli şərait və prioritetlərə uyğun olaraq vətəndaş cəmiyyəti, dövlət və özəl sektor, habelə digər maraqlı tərəflərin cəlb edilməsi ilə səmərəli, sistemli və müntəzəm qiymətləndirmə mexanizminin formalaşdırılmasının zəruriliyini vurğulayıb.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025