BDU-da elmi seminar: “Davranışın təkamülü – instinkt, yoxsa stereotip?”

26/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş “Davranışın təkamülü – instinkt, yoxsa stereotip?” mövzusunda elmi seminar keçirilib.

BDU-nun Zoologiya və fiziologiya kafedrasının müəllimi, dosent Sevinc Hümbətova məruzəsində davranışın təkamülünün əhəmiyyəti və onun canlının reaksiyalarının formalaşmasındakı rolundan danışıb. Bildirib ki, davranışın təkamülü əsasən iki aspektə - anadangəlmə və qazanılmış davranış elementlərinə əsaslanaraq tədqiq edilir. Hər iki aspekt canlının reaksiyalarının formalaşmasında əhəmiyyətlidir. İbtidaidən aliyə doğru mürəkkəbləşən bütün sistemlər kimi canlıların davranış elementləri də ali siniflərə doğru rasional düşüncə ilə ölçülür. Düşüncəni stimullaşdıran davranışın kökündə sosiallıq durur və beyin ölçüsünün onun paylarına, bədən çəkisinə olan nisbəti hazırda alimlərin xüsusi marağına səbəb olan tədqiqatlardandır. Bu baxımdan instinktiv və stereotipik davranışın ali onurğalılara aid qismində onların sosail davranışını öyrənmədən birmənalı qənaətə gəlmək doğru deyil.

Biologiya fakültəsinin TEC sədri Rasim Abbaszadə tələbələrin elmə marağının artırılması istiqamətində keçirilən belə seminarların silsilə xarakter daşıdığını bildirib, tələbələri belə fəaliyyətlərdə aktiv olmağa çağırıb.

Elmi seminar tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır

Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin birgə ikili diplom proqramına qəbul başlayır
03/08/2026

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq

Abituriyentlərin nəzərinə: BDU-da 76 ixtisas üzrə qəbul aparılacaq
03/08/2026

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub

2026/2027-ci tədris ilində BDU-nun magistraturasına 1355 nəfər qəbul olunub
03/08/2026