BDU-da elmi seminar: “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri”

24/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyası və Biologiya fakültəsinin Molekulyar biologiya və biotexnologiya kafedrasının birgə təşkilatçılığı ilə “Dərman bitkiləri, nanodərmanlar, alınma metodları və perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə Nanoaraşdırmalar laboratoriyasının aparıcı elmi işçisi İsmət Əhmədov və doktorant Kəmalə Qəhrəmanova mövzu ətrafında məruzə ilə çıxış ediblər.

Kəmalə Qəhrəmanova çıxışında dərman bitkiləri və onların farmakoloji xüsusiyyətləri, habelə bu bitkilərdən alınan ekstraktlar əsasında metal əsaslı nanohissəciklərin sintezi texnologiyaları barədə məlumat verib.

İsmət Əhmədov isə dərman bitkilərindən nanodərmanların alınmasının müasir metodları, tətbiq sahələri və perspektivləri barədə danışıb. O, nanodərmanların müasir tibbi praktikada rolu, üstünlükləri və xüsusilə xərçəng kimi xəstəliklərə qarşı istifadəsinin əhəmiyyətindən bəhs edib.

Seminarın sonunda məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026