BDU-da elmi seminar: “Ekoloji təmiz nanokompozit materialların qida qablaşdırılmasında tətbiq imkanları”

07/12/2023

Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının növbəti elmi seminarı keçirilib.

Laboratoriyanın elmi işçisi Aynurə Kərimova “Ekoloji təmiz nanokompozit materialların qida qablaşdırılmasında tətbiq imkanları: icmal baxış” mövzusunda məruzə ilə çıxış edib. Seminarda qablaşdırma materialları kimi istifadə olunan bioparçalanan polimer əsaslı müxtəlif kompozitlərin dizaynı və xassələrinin tədqiqinə dair ən son işlər müzakirə edilib. Qida qablaşdırmasında ən çox istifadə olunan biomateriallar, onların xassələrinin müxtəlif modifikasiya üsullarına dair tədqiqat işləri nəzərdən keçirilib. Nanotexnologiya qidanın davamlılığı və təhlükəsizliyi ilə bağlı mövcud problemlərin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasının yeni mənbəyi kimi göstərilib. Həmçinin, keyfiyyəti təmin etmək üçün qida qablaşdırılmasının təkmilləşdirilməsi zamanı ətraf mühit şəraiti, qablaşdırma materialları və onun qida ilə qarşılıqlı əlaqə imkanları təhlil edilib.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026