BDU-da elmi seminar: “Fars dilində rəng adlarının morfoloji quruluş modelləri”

24/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “Fars dilində rəng adlarının morfoloji quruluş modelləri” mövzusunda elmi seminar keçirilib. Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Leyla Məmmədova mövzu üzrə məruzə edib. Məruzəçi fars dilində rəngləri ifadə edən leksikanın təsnifatı, morfoloji quruluş modelləri, şəkilçilərin sinonimliyi və məhsuldarlığı haqqında məlumat verib. Qeyd edib ki, dünyanın ən qədim dili sayılan fars dilinin lüğət tərkibində rəng terminlərinin sayı çoxdur. Onlar qədim dövrlərdən başlayaraq fars dilinin söz ehtiyatına daxil olub, həm həqiqi, həm də məcazi mənada istifadə edilib.

Fars dilində rəng adlarının dilçilik baxımından tədqiqi XX əsrin sonuna təsadüf edir. Quruluşca düzəltmə sifətlər olan rəng adlarının yaranmasında bəzi şəkilçilər iştirak edir. Bu şəkilçilər müasir fars dilində öz məhsuldarlığı ilə fərqlənir, bəzi şəkilçilər isə arxaikləşərək funksiyasını itirib. Seminarda təqdim olunan nümunələr Nizami Gəncəvinin yaradıcılığından götürülüb, nəzəri müddəalar konkret dil faktları ilə əsaslandırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026