BDU-da elmi seminar: "Kitabxana-informasiya infrastrukturunun dayanıqlı inkişafı"

15/10/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Kitabxana-informasiya infrastrukturunun dayanıqlı inkişafı” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının dosenti Xuraman Ağayeva məruzə edib.

Əvvəlcə dayanıqlı inkişaf konsepsiyası izah olunub, onun əsas anlayışları şərh edilib. Dayanıqlı inkişafla bağlı hədəflərin bir sıra sahələri əhatə etdiyini bildirən məruzəçi kitabxanaların da bu prosesdə əhəmiyyətli yer aldığını diqqətə çatdırıb.  Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının (IFLA) bəhs olunan sahədə fəaliyyətini şərh edən məruzəçi təşkilatın bu istiqamətdə qəbul etdiyi sənədlər barədə məlumat verib. IFLA-nın qlobal miqyasda kitabxana işi və biblioqrafik fəaliyyət sahəsində əməkdaşlıq, eyni zamanda təcrübələrin öyrənilməsi və mübadiləsi, kitabxana-informasiya infrastrukturunun dayanıqlı inkişafı ilə əlaqədar müəyyən etdiyi hədəflər barədə məlumatları iştirakçıların nəzərinə çatdırıb: “Kitabxanalar cəmiyyətin elmi və intellektual mühitində aktiv iştirak edən peşəkar qurumlar olduğuna görə dayanıqlı inkişaf konsepsiyasından kənarda qala bilməzlər. IFLA bu məqsədlərin həyata keçirilməsində kitabxanaların rolunu artırmaq və informasiya mütəxəssisləri arasında məlumatlılığı təmin etmək üçün 2016-cı ildə xüsusi proqram hazırlayıb”.

Seminarda həmçinin Azərbaycan kitabxanalarının bu istiqamətdəki fəaliyyəti təhlil edilib, xüsusilə son illər dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Milli Kitabxana tərəfindən həyata keçirilən tədbirlərlə bağlı kitabxananın təqdim etdiyi materiallar əsasında ümumiləşdirmələr aparılıb. 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin, eyni zamanda gələn ay Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyinin əhəmiyyətini vurğulayan məruzəçi bütün bunların dayanıqlı inkişaf ideyasını daha da aktuallaşdırdığını vurğulayıb, bu kontekstdə yaşıl kitabxana anlayışı, yaşıl kitabxana konsepsiyasından söz açıb.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026