BDU-da elmi seminar: “Quran dilinin özünəməxsus tərkibləri”

11/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Quran dilinin özünəməxsus tərkibləri” mövzusunda elmi seminar keçirilib.

Seminarda fakültənin Ərəb filologiyası kafedrasının professoru Nəsrulla Məmmədov məruzə edib. Professor Nəsrulla Məmmədov məruzəsində “Qurani-Kərim”ə qədər və bu müqəddəs kitabın nazil olmasından sonrakı ərəb dilini müqayisəli təhlil edib, onların arasında leksik-morfoloji və qrammatik fərqləri müəyyənləşdirib. O, Quran dilinə xas konstruksiyaların təkrarsız olduğunu vurğulayıb, ərəb ədibləri və şairləri tərəfindən bu tip ifadə və tərkiblərin eynilə yaradılmasının mümkünsüz olduğunu bildirib. Bu baxımdan məruzəçi Quran dilinin ərəb dili daxilində xüsusi mövqeyə malik olduğunu qeyd edib, ərəbşünaslıq elmi çərçivəsində bu istiqamətdə araşdırmaların genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bildirilən fikirlər “Quran-Kərimd”dən gətirilən ayələr əsasında əsaslandırılıb.

Seminarda çıxış edən Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı və fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə məruzənin elmi əhəmiyyətini yüksək qiymətləndirib, mövzunun aktuallığını vurğulayıblar.

Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.

 

 

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026