BDU-da elmi seminar: “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri”

17/02/2026

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri” mövzusunda elmi seminar keçirilib. Seminarda Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru Nağı Yaqubov mövzu ilə bağlı məruzə edib. Bildirib ki, müasir dünyanın əsas ekoloji problemlərindən biri radioaktiv çirklənmədir. Yer kürəsində radiasiya fonunu artıran amillər sırasında Günəşin ultrabənövşəyi şüaları, neftlə birlikdə çıxan buruq sularında olan radioaktiv xassəli ağır metal zərrəcikləri, palçıq vulkanları ilə birlikdə çıxan radioaktiv maddələr və kosmik şüalar xüsusi rol oynayır.

Yer kürəsində radiasiya fonunu artıran radioaktiv çirklənmə ilə yanaşı, Günəşin ultrabənövşəyi şüaları, neftlə birlikdə çıxan buruq sularında olan radioaktiv xassəli ağır metal zərrəcikləri, palçıq vulkanı ilə birlikdə çıxan radiaktiv maddələr və kosmik şüalardır. Radioaktiv maddələrin saflaşdırılması, Atom Elektrik Stansiyalarında baş verən qəzalar və mümkün sızmalar, son illərdə palçıq vulkanları və digər vulkanların aktivliyinin artması, neft sənayesində hasilatın genişlənməsi və yeni yataqların istismara verilməsi, eləcə də Günəşdə baş verən güclü partlayışlar və tac kütlə atılmaları nəticəsində kosmik radiasiyanın intensivləşməsi ümumi radiasiya fonuna təsir göstərir. Bu baxımdan radiasiya təhlükəsizliyinin təmin olunması, ətraf mühitin radioloji monitorinqinin mütəmadi aparılması, texnogen və təbii mənbələrdən yayılan ionlaşdırıcı şüalanmanın səviyyəsinin normativ hədlər çərçivəsində saxlanılması və əhalinin sağlamlığının qorunması məsələsi dövlətin ekoloji, milli təhlükəsizlik prioritetləri sırasındadır.

Professor qeyd edib ki, radiasiya fonunun artması həm təbii, həm də texnogen amillərlə bağlı kompleks problemdir. Bu səbəbdən çıxış yolu yalnız bir istiqamətdə deyil, monitorinq, texnoloji təhlükəsizlik, qanunvericilik, elmi-tədqiqat və ictimai maarifləndirmənin inteqrasiyası ilə mümkündür.
Sonda məruzəçi sualları cavablandırıb.

 

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026