BDU-da elmi seminar: "Səbəb-nəticə münasibətləri mövqeyindən parazitizmə baxış"

24/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində "Səbəb-nəticə münasibətləri mövqeyindən parazitizmə baxış" mövzusunda elmi seminar keçirilib. Seminarda Biologiya fakültəsinin dosenti Asif Manafov mövzu ilə bağlı məruzə edib.

Seminarda parazitizmin meydana gəlməsi, inkişafı, yayılması, formaları, mahiyyəti ilə bağlı mövcud konsepsiya, tərif, təyinat və nəzəriyyələrin səbəb-nəticə münasibətləri (SNM) mövqeyindən təhlilinin nəticələri müzakirə edilib. Məruzəçi parazitizmin antropogen amillərin birbaşa və ya dolayı təsirinin nəticəsi olaraq meydana gəldiyinə dair yeni konsepsiyanın başlıca müddəalarını şərh edib.

Asif Manafov bildirib ki, tədqiqat parazitologiyanın bütün tarixi inkişaf dövrləri ərzində toplanmış çox zəngin və geniş diapazonlu ədəbiyyat materialları və real faktlar əsasında aparılan təhlillərə əsaslanır.

Sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

 

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026