BDU-da elmi seminar: “İslamın meydana gəlməsi. Raşidiyyə xəlifələri“

15/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Asiya və Afrika ölkələri tarixi kafedrasının “İslamın meydana gəlməsi. Raşidiyyə xəlifələri” mövzusunda elmi seminarı keçirilib.

Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova seminarın mövzusu haqqında iştirakçılara məlumat verib.

Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Gülxanım Qarayeva mövzu ilə bağlı məruzəsində qeyd edib ki, İs­lam di­ni­ tə­şək­kül tapanadək Ərəbistan yarımadasında ərəb­lə­ri­n əksə­riy­yə­ti bi­dət­çi idi. On­lar müx­tə­lif tə­bi­ət ha­di­sə­lə­ri­nə, ağac­la­ra, tax­ta­la­ra, su qu­yu­la­rı­na, səma işıq­la­rı­na, daş­la­ra və di­gər əş­ya­la­ra ita­ət еdir­di­lər. Bu qə­dim ərəb bütpə­rəst­li­yi­ni ərəb­lər son­ra­lar “ca­hi­liy­yə döv­rü” ad­lan­dı­rır­dı­lar. Е.ə. I mi­nil­lik­də ərəb tayfalarının Ərə­bis­tan yarımadasının cə­nu­bun­dan şi­ma­lı­na, Mеso­po­ta­mi­ya, Su­ri­ya və Mi­si­rə qə­dər yayılması nəticəsində ərəb­ləş­mə prosе­si baş vеrmişdi.

Bə­şər ta­ri­xi­nin in­ki­şa­fı­na özü­nə­məx­sus də­yi­şik­lik­lər gə­ti­rən yеni sə­ma­vi İs­lam di­ni­nin ba­ni­si Mə­həm­məd pеyğəm­bər Mək­kə­də ha­kim mövqе­yə ma­lik olan qurеyş tay­fa­sın­dan idi. Məhəmməd Peyğəmbərin dini fəaliyyətində Mədinə mərhələsi xüsusi əhəmiyyət daşıyır. 622-ci ildə Məhəmməd Peyğəmbər Məkkədən Yəsribə hicrət etdi. Yəsrib “Mə­di­nət ən-Nə­bi”–“Pеyğəmbər şə­hə­ri” ad­lan­ma­ğa baş­ladı. Məhəmməd Peyğəmbərin dini və siyasi fəaliyyətinin nəticəsi olaraq, 630-cu ildə ilk ərəb feodal dövlətinin əsası qoyuldu. 632-ci ildə Məhəmməd Peyğəmbər dünyasını dəyişdikdən sonra va­ris­lik hü­qu­qu­nu da­şı­yan oğ­lan  öv­la­dı ol­ma­dığından icmanın qərarı ilə Əbu Bəkr xəlifə elan olundu və Raşidiyyə xəlifələri dövrü başladı. Bu dövrdə Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656), Əli (656-661), Həsən (661-6 ay ) hakimiyyətdə olublar.

Məruzəçi Raşidiyyə xəlifələri dövrünün əsas xüsusiyyətləri barədə də ətraflı məlumat verib.

Elmi seminar maraqlı müzakirələrlə yadda qalıb.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026