BDU-da elmi seminar: "Tarix elmində riyazi metodlardan istifadənin elmi xüsusiyyətləri və əhəmiyyəti"

17/03/2025

Bakı Dövlət Universitetinin Tarix fakültəsində 27 mart - Azərbaycan Respublikasinda “Elm günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində  "Tarix elmində riyazi metodlardan istifadənin elmi xüsusiyyətləri və əhəmiyyəti" mövzusunda elmi seminar keçirilib.

Mənbəşünaslıq, tarixşünasliq və metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Aydın Məmmədov mövzu ilə bağlı məruzə edib. O bildirib ki, tarixi hadisələrə dəqiq elmlərin elmi metodologiyası baxımından yanaşılması zəruridir. “Elmlərin şahı” adlandırılan riyaziyyatın digər elmlərin öyrənilməsində böyük rolu var. Müasir tarix elmində riyaziyyat mürəkkəb problemlərin çoxunu həll etmək üçün ən optimal vasitələrdən biridir. Hərtərəfli riyazi təfəkkür tərzi nəinki mürəkkəb hesablamalar aparmaqda, həm də sosial-iqtisadi və siyasi-ictimai problemlərə çevik və rasional yanaşmada misilsiz rol oynayır. Tarix elminin demək olar ki, bütün sahələrində,  ən müxtəlif  mövzuların, ayrı-ayrı tarixi obyektlərin tədqiqi zamanı riyazi metodlardan istifadə olunur. İstər tarix fənninin tədris prosesi, istərsə də ictimai və humanitar elmlərə dair tədqiqatlar zamanı riyazi metodları tətbiq etmək bacarığına yiyələnmək müasir dövrün tələblərindən irəli gəlir. Humanitar elmlərdə rəqəmlər informasiya daşıyıcısı kimi çıxış edir, bu zaman ənənəvi kəmiyyət metodlarından istifadə olunur. Beləliklə, tarixi məlumatların riyaziləşdirilməsi həmin kəmiyyət göstəricilərinin ictimai proseslərə, cəmiyyət həyatına hansı formada, necə təsir etdiyini araşdırmaq kimi geniş miqyaslı fenomen kimi dəyərləndirilməlidir.

Xəbərlər

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında   

BDU-nun gənc tədqiqatçılarının layihələri “Yerin məsafədən müşahidəsi” müsabiqəsinin finalında
05/12/2025

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir

BDU-da Xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilir
05/12/2025

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesablama Struktur Biologiyası qrupunun rəhbəri Qərib Mürşüdovun BDU-da “Məzun seminarı”
05/12/2025