BDU-da elmi seminar: “Tarixi-mədəni irsimiz və müasir cəmiyyət”

30/10/2025

“BDU könüllüləri” təşkilatının Tarix fakültəsi üzrə üzvləri və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin birgə təşkilatçılığı ilə “Tarixi-mədəni irsimiz və müasir cəmiyyət” adlı elmi seminar keçirilib.

BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova bildirib ki, mədəni irs hər bir cəmiyyətin və ya millətin keçmişinə aid ünsürləri özündə birləşdirən, milli azlığın maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusudur. Eyni zamanda cəmiyyətin hazırkı özünəməxsusluğunu ehtiva edən və bunu gələcək nəsillərə ötürə biləcək vasitədir. Hər xalq öz zəngin adət-ənənələrini, mədəniyyətini, folklorunu, elmi-texniki nailiyyətlərini, milli-mədəni irsini təqdim etməklə dünyanı daha da zənginləşdirir və bu zənginlik üzərində qlobal inkişaf təmin olunur. Tarixi-mədəni irsi ilə dünyada tanınan və dəyərləri ilə nümunəyə çevrilən Azərbaycan bu gün global səviyyəyə məhz bunlarla çıxır.

Daha sonra Hicran Mahmudova Qərbi Azərbaycanda yerləşən, eləcə də UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş abidələr haqqında danışıb, tələbələrim mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib

800-dən çox BDU tələbəsi “Bakı Marafonu 2026”da iştirak edib
04/05/2026