BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri”

01/05/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə mövzu üzrə məruzə edib. Məruzədə əvvəlcə təhsilə fəlsəfi yanaşma meyarlarından bəhs olunub, ənənəvi, fəal və interaktiv təlim metodları izah edilib. İntellekt, intellektual məntiq, təfəkkür anlayışları barədə məlumat verilib, dünya psixoloqlarının tədqiqatlarında əksini tapmış intellektin inkişaf modelləri diqqətə çatdırılıb.

Təlim məqsədlərinin taksonomiyasını şərh edən məruzəçi qeyd edib ki, bu prosesdə əksini tapan bilik, anlama, tətbiqetmə, analiz, sintez, qiymətləndirmə meyarları təfəkkürün hərtərəfli inkişafına istiqamətlənib. Məruzəçi tələbələrdə təfəkkürün inkişaf etdirilməsinin fəal təlim metodlarının yaranmasına, bütün bunların isə Universitet 3.0 və Universitet 4.0 modellərinin formalaşmasına səbəb olduğunu diqqətə çatdırıb: “Tədris prosesində fəal təlimi səciyyələndirən xüsusiyyətlər kimi müəllim-şagird əməkdaşlığı, müəllim və şagirdin idraki fəallığı intellektin və təfəkkürün inkişafını təşviq edən amillərdir. Bu mənada tədqiqat universitetində dərsin psixopedaqoji məsələlərinin təhlili hədəflərin müəyyən edilməsi və yaxşı nəticələrə nail olmaq baxımından mühüm əhəmiyyətə malikdir”.

Məruzədə bu sahədə tədqiqat aparan dünya alimləri ilə yanaşı, görkəmli Azərbaycan alimləri, professorlar Əkbər Bayramovun və Əbdül Əlizadənin araşdırmaları və elmi nəticələrinə istinadlar edilib.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026