BDU-da elmi seminar: “Turizm fəaliyyətinin informasiya təminatı”

22/06/2023

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Turizm fəaliyyətinin informasiya təminatı" mövzusunda elmi seminar keçirilib. Elmi seminarda Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının doktorantı Hacı Qasımlı mövzu ilə bağlı məruzə edib. O bildirib ki, turizm məlumatlarla zəngin bir fəaliyyət olduğu üçün bu sahədə prosesin daha effektiv idarə edilməsi baxımından informasiya təminatı yüksək səviyyədə qurulmalıdır.

Tədqiqatda turizmin inkişaf etdiyi dünya ölkələrində və eyni zamanda Azərbaycanda turizm fəaliyyətinin informasiya təminatı araşdırılıb, bir sıra müqayisəli təhlillər aparılıb. Bu sahənin inkişaf modelinin hazırlanmasında informasiya təminatının rolu izah olunub. Vurğulanıb ki, turizm sahəsinə dair sənəd-informasiya resurslarından səmərəli istifadə turizm obyektləri arasında informasiya mübadiləsində xüsusi əhəmiyyət daşıyır, eyni zamanda rəqabət mühiti yaradır və inkişafa səbəb olur: “Bu muhitin yaradılmasında informasiya təminatının peşəkar şəkildə qurulması, onun davamlı olaraq təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir”. Tədqiqatda işğaldan azad edilmiş ərazilərimizin turizm potensialından da bəhs olunub. Qarabağda yaradılacaq turizm sənayesinin informasiya təminatının xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Məruzədə həmçinin Azərbaycan Milli Kitabxanasında turizmə dair ədəbiyyatın ümumi statistik göstəriciləri təhlil olunub.

Elmi seminar müzakirələrlə davam etdirilib.

Xəbərlər

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb

BDU-da Azərbaycan Respublikasında “Elm günü”nə həsr edilmiş silsilə tədbirlərə başlanılıb
10/02/2026

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Mardan Abdul Vali Xan Universiteti ilə əməkdaşlığa başlayır
10/02/2026

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026