BDU-da elmi seminar: “V Sənaye İnqilabı: Mövcud vəziyyət və gələcək perspektivlər”

14/07/2025

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstərən Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “V Sənaye İnqilabı: Mövcud vəziyyət və gələcək perspektivlər” adlı elmi seminar keçirilib.

Seminarda laboratoriyanın kiçik elmi işçisi Orxan Güləhmədov mövzu ilə ilə bağlı məruzə edib. Məruzəçi sənaye inqilablarının tarixi inkişaf mərhələlərinə qısa nəzər salıb, xüsusilə V Sənaye İnqilabının mahiyyəti, texnoloji trendləri və insan yönümlü yanaşmaları haqqında ətraflı məlumat verib. Məruzədə süni intellektin etik tətbiqləri, kollaborativ robotlar (cobotlar), fərdiləşdirilmiş istehsal sistemləri, yaşıl texnologiyalar və sosial ədalət prinsipləri kimi məsələlərdən bəhs edilib.

Orxan Güləhmədov Azərbaycanın bu prosesdəki mövqeyi, rəqəmsallaşma strategiyası, sənaye parklarının inkişafı, bərpa olunan enerji layihələri və texnoloji bacarıqların formalaşdırılması sahəsində atılan addımlar barədə də məlumat verib.

Seminarda Sənaye 4.0 mərhələsindən Sənaye 5.0 istiqamətinə keçid imkanları da təhlil olunub, ölkədə texnologiya və sənaye sahəsində gələcək tədqiqat prioritetlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026