BDU-da “Elmi tədqiqat və akademik yazı” mövzusunda təlim

09/03/2021

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, ABŞ-ın Nyu York ştatının, habelə İngiltərə və Uelsin vəkillər kollegiyasının üzvü Altay Mustafayevin iştirakı ilə “Elmi tədqiqat və akademik yazı” mövzusunda onlayn təlim keçirilib. Təlimdə Universitetin müəllimləri, tələbə, magistrant və doktorantlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin dekanı Əmir Əliyev qeyd edib ki, təlimin əsas məqsədi tədqiqat işinin seçilməsi, ədəbiyyatın toplanması, mənbələrin yığılması, araşdırma zamanı lazımi qeydlərin aparılması və digər məsələləri tələbələrə izah etməkdir.

“Elmi tədqiqat və akademik yazı” mövzusunda məruzə ilə çıxış edən A.Mustafayev yazıya başlamazdan əvvəlki mərhələ, bir-biri ilə əlaqəli olan ideyaların axtarılması, toplanması və bir araya gətirilməsi kimi məsələlərdən danışıb. Təlimçi giriş və nəticə hissələrinin yazılmasında rast gəlinən çətinliklərdən, onların aradan qaldırılması metodlarından bəhs edib.

Aktiv diskussiya şəklində davam edən təlim iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025