BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

14/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət təminatı Mərkəzinin təşkilatçılığı ilə Universitetin professor-müəllim heyəti üçün “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim təşkil olunub.

Təlim rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov  tərəfindən keçirilib.

Təlimin əsas məqsədi ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat fəaliyyətinin dayanıqlı inkişaf prinsipləri ilə qarşılıqlı əlaqəsinin təhlili, elmi nəticələrin sosial-iqtisadi və ekoloji problemlərin həllində rolunun müəyyənləşdirilməsi, həmçinin tədqiqatların beynəlxalq dayanıqlı inkişaf prioritetləri ilə uzlaşdırılması məsələlərinin müzakirəsi olub.

Təlim zamanı qeyd edilib ki, universitetlərin elmi potensialının səmərəli idarə olunması, multidissiplinar tədqiqatların təşviqi və beynəlxalq elmi əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi qlobal çağırışlara uyğun innovativ elmi yanaşmaların formalaşdırılmasında mühüm rol oynayır.

Təlim çərçivəsində dayanıqlı inkişaf yönümlü elmi-tədqiqatların metodoloji əsasları, elmi nəticələrin praktik tətbiq imkanları, eləcə də universitetlərin beynəlxalq reytinq və qiymətləndirmə sistemlərində dayanıqlı inkişaf indikatorlarının əhəmiyyəti barədə təqdimat keçirilib.

Təlimdə beynəlxalq təcrübə nümunələri təhlil olunub, iştirakçılarla interaktiv müzakirələr aparılıb və dayanıqlı inkişaf istiqamətində ali təhsil müəssisələrinin roluna dair fikir mübadiləsi aparılıb.

 

 

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026