BDU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

17/02/2020

Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclasda payız semestrinin imtahan sessiyasının nəticələri müzakirə olunub.Tədrisin təşkili və təlim texnologiyaları ürzə prorektor İradə Əliyeva 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə məlumat verib. O, imtahan sessiyasının 2020-ci il yanvarın 7-dən 31-dək keçirildiyini bildirib, tələbələrin müvəffəqiyyət və keyfiyyət göstəricilərindən danışıb. Sessiya dövründə imtahan prosesinin ciddi nəzarət altında keçirildiyini vurğulayıb.  
Sonra İmtahan Qərərgahının sədri professor Elşad Qurbanov çıxış edərək sessiya dövründə ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması işini həyata keçirmək məqsədilə Universitetin əsas binasında və digər tədris korpuslarında şikayət və təkliflər üçün mövcud qaydada möhürlənmiş qutuların yerləşdirildiyini, həmçinin “Qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyini bildirib. İmtahan müddətində  2246 nəfər tələbənin ərizə ilə Qərərgaha müraciət etdiyini, onlardan 1403 tələbənin humanitar fakültələrdən, 843 tələbənin isə təbiət fakültələrindən olduğunu deyib. Qərərgah rəhbəri müraciətlərə şəffaf qaydada operativ baxıldığını qeyd edib.
BDU-nun Qazax filialının direktoru Arif  Rüstəmov 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrindən bəhs edib. O sessiya müddətində tələbələrin biliyinin obyektiv qiymətləndirildiyini, şəffaflığın təmin edildiyini, Appelyasiya komissiyasına daxil olan müraciətlərə baxıldığını deyib. Direktor bu sessiya müddətində tələbələrin keyfiyyət göstəricilərinin artdığını vurğulayıb. 
Sonra rektor Elçin Babayev və Şura üzvləri dinlənilən məsələlərə münasibət bildirib, imtahanların obyektiv şəkildə keçirildiyini, tələbələr tərəfindən daxil olan müraciətlərə həssaslıqla yanaşıldığını deyiblər. 
Daha sonra Elmi Şurada yeni mərkəz və laboratoriyaların yaradılması müzakirə olunub. Mədəniyyət-yaradıcılıq mərkəzinin, İdman-sağlamlıq mərkəzinin, Sənaye kimyası laboratoriyasının və Rəqəmsal laboratoriyanın yaradılması haqqında qərar qəbul edilib. Geologiya fakültəsində elmi-tədqiqat laboratoriyalarının prioritetləri, strukturunun və idarəedilməsinin optimallaşdırılması haqqında müzakirələr aparılıb, qərar qəbul edilib. Həmçinin BDU-da fəaliyyət göstərən muzeylərin, beynəlxalq mərkəz və institutların fəaliyyəti müzakirə olunub.
Daha sonra rektor Elçin Babayev Universitetdəki növbəti struktur islahatları barədə məlumat verib.
Elmi Şura cari məsələlərin müzakirəsi ilə sona çatıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024