BDU-da Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilib

18/05/2018

Bakı Dövlət Universitetinin Böyük akt zalında professor-müəllim heyətinin iştirakı ilə BDU Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. Əvvəlcə rektor, akademik Abel Məhərrəmov gündəlikdə olan məsələləri şura üzvlərinin diqqətinə çatdırıb, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin və BDU-nun 100 illik yubileyləri ilə əlaqədar görülən işlər və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2017–2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili haqqında məruzə edib.

İclasda BDU-da Beynəlxalq institusional akkreditasiyaya hazırlıq istiqamətində görülən işlər və qarşıda duran vəzifələr, o cümlədən BDU-nun beynəlxalq akkreditasiya agentlikləri ilə əməkdaşlığının önəmindən bəhs edilib.

Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb. Elmi Şurada elmi adların verilməsi, yubilyarların mükafatlandırılması və cari məsələlərə baxılıb.

Mətbuat və informasiya şöbəsi, 18 may 2018-ci il.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026