BDU-da Elmi Şuranın tədris ilinin genişləndirilmiş son iclası keçirilib

08/07/2019

Bakı Dövlət Universitetində 2018/2019-cu tədris ilində Elmi Şuranın genişləndirilmiş son iclası keçirilib.

Rektor Elçin Babayev gündəlikdə olan məsələlər, universitetdə son aylarda davamlı olaraq aparılan işlər və islahatlar, həmçinin perspektivlər, gələcək planlar  barədə məlumatı şura üzvlərinin diqqətinə çatdırıb, Prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun 100 illik yubileyləri ilə əlaqədar görülən işlər və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri haqqında məruzə ilə çıxış edib. 

Elmi katib Vaqif Salmanov “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adların verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 11 iyun 2019-cu il tarixli Fərmanı haqqında məlumat verib, iclas iştirakçılarının suallarını cavablandırıb.

Elmi Şura professorların seçilməsi üzrə müsabiqənin keçirilməsi,  cari məsələlərin müzakirəsi ilə başa çatıb.


Mətbuat və informasiya şöbəsi, 08 iyul 2019-ci il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026