BDU-da elmi-fəlsəfi konfrans keçirilib

14/01/2019

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin nəzdində yaradılmış “Bəhmənyar klubu”nun təşkilatçılığı ilə “XXI əsrdə gen mühəndisliyinin etik-fəlsəfi və hüquqi problemləri” adlı elmi-fəlsəfi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Rəbiyyət Aslanova XXI əsrin qlobal problemləri arasında gen mühəndisliyinin böyük çəkiyə malik olduğunu, bu məsələdə elm adamları və cəmiyyətin diqqətinin önəmindən, gen mühəndisliyinin insan təbiətinə vuracağı pozuntulardan danışıb.

Biologiya fakültəsinin professoru, biologiya elmləri doktoru Sahib Güləhmədov gen mühəndisliyi  haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, gen mühəndisliyindən qorxmaq lazım deyil, o bəşəriyyətin məhvi deyil, xilasıdır.

Mövzular ətrafında müzakirələrdən sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 14 yanvar 2019-cu il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026